Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin təşəbbüsü ilə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən Rayon İcra hakimiyyətlərində “2024-cü ildə mülki müdafiə hazırlığının vəziyyəti və 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.
Tədbirlərdə FHN Şimal Regional Mərkəzinin, sözügedən rayonların icra hakimiyyətlərinin, təhsil sektorlarının, eyni zamanda yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələri, aidiyyəti dövlət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.
Müşavirələrin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.
Tədbirlərdə çıxış edənlər keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
Müşavirələrdə Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında məlumat verilib. Həmçinin, qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.
Müşavirələrdə qarşıdan duran vəzifələr müzakirə olunub, suallar cavablandırılıb. Tədbirlərdə, həmçinin fövqəladə hadisələrlə bağlı davranış qaydalarına dair videoçarxlar nümayiş olunub.





Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
FHN-in Bakı Regional Mərkəzi silsilə müşavirələr keçirib
FHN-in Gəncə Regional Mərkəzi silsilə müşavirələr keçirib
FHN-in Bakı Regional Mərkəzi silsilə müşavirələr keçirib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB