Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 2024-cü ildə icra edilən əməliyyatlara dair məlumat açıqlayıb.
ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı ümumilikdə 65 min 821 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Bunlardan piyada əleyhinə 4 min 286, tank əleyhinə 2 min 372 və 59 min 163 partlamamış hərbi sursat təşkil edib.
Ümumiyyətlə, bu il 62 023.9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Ötən il 70 min hektara yaxın ərazi minalardan təmizlənib
ANAMA: Ötən həftə 935,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib
ANAMA: Ötən ay 7440 hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
ANAMA: Ötən həftə 103 mina və 524 partlamamış hərbi sursat zərərsizləşdirilib