azturkxeber.az
http://azturkxeber.az

Svetoforların elektrik xəttinə qanunsuz müdaxilə olundu

25-12-2024

 Paytaxtda bəzi hallarda ayrı-ayrı şəxs və ya şəxslər tərəfindən  svetoforların elektrik xəttinə qanunsuz müdaxilə hallarına rast gəlinir. AzTurkxeber.az xəbər verir ki, Növbəti belə bir hal Suraxanı rayonu, İlqar Məmmədov küçəsi ilə Səttar Bəhlulzadə küçələrinin kəsişməsində Yenil il işıq çilçırağının naqilinin açıq formada işıqforun elektrik xəttinə quraşdırılması ilə bağlı olub. Təbii ki, qısa müddət ərzində Mərkəzin əməkdaşları tərəfindən bu cür qanunsuz hərəkətin qarşısı alınaraq, təhlükəsizlik təmin olunur. DİN-in Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi belə şəxslərə müraciət edərək bildirir ki, svetoforların elektrik xəttinə hər hansısa bir avadanlığın quraşdırılması, xüsusilə də yağışlı havalarda qısaqapanmalara səbəb olur və nəticədə də nizamlayıcının kabel-kommunikasiya xətləri, idarəetmə qurğusu sıradan çıxır. Belə olduğu təqdirdə yol hərəkəti iştirakçılarının yoldan təhlükəsiz istifadə etməsində problemlər yaranır. Xatırlatmaq istərdik ki, svetoforlara kənar avadanlıqların quraşdırılması və qoşulması qadağandır və bu məsuliyyət yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031