Misirdə avtomobillərin benzindən sıxılmış qaza keçirilməsi üçün yeni təşəbbüs həyata keçiriləcək.
azturkxeber.az Misirin Dövlət İnformasiya Xidmətinə istinadla xəbər verir ki, bu, Baş nazir Mustafa Mədbulinin iştirakı ilə keçirilən geniş iclasda bildirilib. M.Mədbuli bu təşəbbüsün karbon emissiyalarının azalmasına və insanların xərclərinə qənaət etməsinə töhfə verəcəyini qeyd edib.
İclasda diqqətə çatdırılıb ki, təşəbbüs çərçivəsində 1,5 milyon avtomobilin sıxılmış qazla (CNG) işləməyə uyğunlaşdırılması planlaşdırılır. Bu işdə əhaliyə müəyyən stimullaşdırıcı təkliflər verilir.
Qeyd olunub ki, dizellə işləyən avtomobillərin CNG-yə keçirilməsi hazırda istifadə olunan dizelin 50 faizinə qənaət etməyə səbəb olacaq.
Diqqətə çatdırılıb ki, bu keçid atmosferdə karbon dioksid qazının miqdarının ildə 1,5 milyon ton azaldılmasına gətirib çıxaracaq.
Misirdə avtomobillərin qazla işləməsinə keçidi təmin etmək üçün qaz yanacaqdoldurma məntəqələri tikilib. 2021-ci ildə isə burada Yaxın Şərq regionunun ilk sıxılmış təbii qaz səyyar stansiyası istifadəyə verilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
2025-ci ilin ilk altı ayında icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat