Vyetnamın ən böyük şəhəri olan Hoşimində ölkə tarixində ilk dəfə metro fəaliyyətə başlayıb.
Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) krediti və yapon şirkətlərinin iştirakı ilə inşa edilən 20 kilometrlik, 14 stansiyadan ibarət metro xətti Hoşiminin mərkəzini şəhər kənarı ilə birləşdirir. Ekspertlər hesab edirlər ki, Hoşimində metronun fəaliyyətə başlaması şəhərdə gündən-günə artan nəqliyyat problemlərinin və ətraf mühitin çirklənməsinin azalmasına kömək edəcək.
Təxminən 17 ilə və 1,7 milyard ABŞ dollarına başa gələn metro xətti yeraltı və yerüstü hissələrdən ibarətdir. Layihə 2007-ci ildə təsdiqlənsə də, inşaat işləri 5 il müddətinə tamamlanma planı ilə 2012-ci ildə başlanıb. Tikinti müddətinin uzanmasına maliyyə çatışmazlığı, artan xərclər, texniki problemlər və digər əngəllər səbəb olub.
Qeyd edək ki, Vyetnamın iqtisadi mərkəzi olan Hoşiminin şəhərətrafı ilə birlikdə əhalisinin sayı 22,5 milyon nəfərdir. Hoşimin bələdiyyəsi 16 rayondan, 5 kənd rayonundan, bir kiçik şəhərdən ibarətdir. Vyetnamın ümumi daxili məhsulunun (ÜDM) dörddəbirini təmin edən Hoşimin həm də ölkənin əsas nəqliyyat qovşağıdır.
Şəhər hökuməti növbəti mərhələdə daha 6 metro xətti inşa etməyi planlaşdırıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
2025-ci ilin ilk altı ayında icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat