Dövlət satınalmalarının elektron formada həyata keçirilməsi bütün təchizatçılara (podratçılara) bərabər rəqabət mühitinin yaradılması ilə yanaşı, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə olunmasını da təmin edir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, 2024-cü ilin yanvar-noyabr aylarında elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artaraq 559,7 milyon manat təşkil edib.
Elektron açıq tender üzrə dövlət büdcəsinə qənaət edilmiş məbləğ 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artaraq 532,3 milyon manat təşkil edib. Kotirovka üsulu üzrə dövlət büdcəsinə qənaət edilmiş məbləğ ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfədən çox artaraq 27,4 milyon manat təşkil edib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
2025-ci ilin ilk altı ayında icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
2025-ci il üzrə Azərbaycan Respublikasının dövlət və icmal büdcələrinin icrasına (operativ) dair məlumat
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB