Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun icraçı direktoru Ketrin Rassel deyib ki, dünya Qəzzada hər gün qan tökülməsinə,uşaqların aclığa, xəstəlik və soyuğa məruz qalmasına biganə qala bilməz.
Rassel Qəzzada baş verənlərlə bağlı yazılı açıqlama verib.Dünən Qəzzanın mərkəzindəki Nuseyrat düşərgəsinə edilən hücumda ən azı 8-i uşaq olmaqla 33 nəfərin öldüyünü, hava hücumlarında isə 50 nəfərin yaralandığını xatırladan Rassel Qəzzada son 14 ayda 14 min 500-dən çox uşağın öldüyünə diqqət çəkib. 1,1 milyon uşağın isə təcili qorunma və psixi sağlamlıq dəstəyinə ehtiyacı var.
Qəzzanın şimalında qıtlıq təhlükəsinin davam etdiyi bir vaxtda humanitar yardımlara girişin ciddi şəkildə məhdudlaşdırıldığına diqqət çəkən Rassel minlərlə uşağın dəri döküntüsü və kəskin respirator infeksiyalardan əziyyət çəkdiyini ifadə edib.
“Bu qədər uşağın hər gün qanının tökülməsinə, onların aclıq, xəstəlik və soyuğa məruz qaldığı bir vaxtda dünya bu duruma biganə qala bilməz.” – deyə Rassel bildirib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
2025-ci ilin ilk altı ayında icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat
Donor qanında infeksiyalar daha erkən aşkarlanacaq – Səhiyyə Nazirliyindən yeni texnologiya barədə açıqlama