Nərimanov prospekti, Mikayıl Müşfiq və Qurban Xəlilov küçələrinin kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən hazırlanan layihə Nəqliyyatın Əlaqələndirmə Şurasında razılaşdırılıb.
AYNA-dan bildirilib ki, layihəyə əsasən Qurban Xəlilov küçəsindən Nərimanov prospekti istiqamətində, eləcə də Nərimanov prospektindən Mikayıl Müşfiq küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri arasında yaranan mövcud mübahisəli vəziyyətin aradan qaldırılması və növbəli hərəkətin təşkil edilməsi məqsədilə kəsişmənin işıqfor vasitəsilə nizamlanması, sözügedən yol kəsişməsindəki piyada keçidlərinin yeri dəyişdirilməklə daha təhlükəsiz formada təşkili məqsədəuyğun hesab edilir.
Layihə xüsusi proqram təminatında simulyasiya edilib. Simulyasiya videosu: https://www.youtube.com/watch?v=0pp7US_Sx9c&t=1s
Nəticələrə əsasən, nəzərdə tutulan dəyişikliklərdən sonra piyada və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi təmin olunacaq, piyadaların mobillik imkanları artacaq.
Qeyd edək ki, bu gündən ərazidə işlərin icrasına başlanılır. Hərəkət iştirakçılarından diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Bakıda 27 ünvanda təmir işləri aparılıb (video, foto)
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Sabahdan “28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayır
COP29-la əlaqədar 57 marşrutun hərəkət sxemi dəyişdirilir