Cari ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 42,7 faiz artaraq 2,8 milyard dollar təşkil edib.
azturkxeber.az Mərkəzi Banka istinadla xəbər verir ki, hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1,6 milyard dollar) idxalı (1,2 milyard dollar) üstələməsi nəticəsində 0,4 milyard dollar həcmində profisit yaranıb.
Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 18,9 faiz, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 29,1 faiz artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1,2 milyard dollar olub. Bunun 78,4 faizi Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Hesabat dövründə qeyri neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 11,4 faiz daralaraq 25 milyon dollar təşkil edib. Qeyri neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 57,3 faiz artaraq 1,4 milyard dollar olub.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Cari ilin ilk 9 ayında Azərbaycana gətirilən minik avtomobillərinin 30,2%-i ekoloji təmiz nəqliyyat vasitələri olub
AMB: Doqquz ayda əmtəə ixracı azalıb, idxalı artıb