azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Universitetində qazaxıstanlı sosial işçilər ilə görüş keçirilib

09-12-2024

 

Azərbaycan Universitetində Qazaxıstanın Professional Sosial İşçilərinin Milli Alyansının nümayəndələri, Astana IT Universitetinin müəllimi Asem Kusmanova və L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Sosiologiya kafedrasının dosenti Nurlan Bayqabılov ilə görüş keçirilib.

Universitetdən bildirilib ki, görüşdə Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova, kafedranın professoru Elmar Hüseynov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova və şöbənin əməkdaşı Sevlan Qurbanova iştirak ediblər.

Görüşdə birgə layihələrin hazırlanması, tədqiqatların aparılması, tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi haqqında müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031