Sürix kantonu və “SBB/CFF” dəmir yolu şirkəti 2025-ci ilin yazında sürücüsüz ictimai nəqliyyatı sınaqdan keçirəcək.
Sürix kantonu və “SBB/CFF” dəmir yolu şirkəti avtomatlaşdırılmış ictimai nəqliyyatı sınaqdan keçirəcək. 2025-ci ilin yazından etibarən Sürix yaxınlığındakı Furttal bölgəsinin əsas dəmir yolu qovşaqlarına pilotsuz servis maşınlarından istifadə etməklə çatmaq mümkün olacaq.
“SBB” şirkəti və Sürix kantonu əmindir ki, avtomatlaşdırılmış xidmətlər regionun sakinləri üçün mühüm əlavə xidmətlərin mənbəyi ola bilər. Onlar iqtisadi və çevik işləməklə, xüsusilə kənd və şəhərətrafı ərazilərdə nəqliyyat xidmətlərinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq potensialına malikdirlər.
Furttal kənd rayonu pilot rayon kimi seçilib. Əhali strukturu və Sürixdən Badenə gedən əsas dəmir yolu xətti ilə əlaqəli mövcud ictimai nəqliyyat şəbəkəsinə görə o, bu layihə üçün idealdır (bu iki şəhər 19-cu əsrdə ölkədə dəmir yolu ilə birləşdirilən ilk yaşayış məntəqələri idi).
Test mərhələsinin başlaması 2025-ci ilin yazına planlaşdırılır. Servis avtomobilləri adi yol hərəkətində iştirak edəcək, lakin sükan arxasında adam olmadan. Maşınlar xüsusi proqram təminatı vasitəsilə idarə olunacaq.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı