Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi daha 576 işsiz və işaxtaran şəxsi peşə hazırlığı kurslarına cəlb edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 155 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində, 421 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.
Əmək bazarının tələblərinə uyğun peşələr üzrə təşkil olunan kurslarda müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur.
Kursları uğurla başa vuran şəxslərin işlə təminatına da dəstək göstəriləcək.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
Dövlət Məşğulluq Agentliyi daha 1000-dən çox şəxsi peşə kurslarına cəlb edib
Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda qəbul edilib
Daha 665 işsiz şəxs peşə hazırlığına cəlb edilib