Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “RehaBus” (Reabilitasiya Avtobusu) layihəsi çərçivəsində ötən dövrdə əlilliyi olan 1900-dək şəxsə xidmət göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2022-ci ildən icrasına başlanan layihə Bakı və ətraf ərazilərdə yaşayan əlilliyi olan şəxslərin ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmağa yönəlib. Layihə həmin şəxslərin müvafiq reabilitasiya müəssisəsinə asan və rahat şəkildə çatmasını təmin edir.
Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda əvvəlcədən təyin edilmiş gözləmə məntəqələrindən əlilliyi olan uşaqları (onları müşayiət edən yaxınları ilə birgə) götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.
Reabilitasiya proseduru bitdikdən sonra isə onlar yenidən geri qaytarılırlar.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
“Rehabus” layihəsi üzrə 2,2 min nəfər əlilliyi olan şəxsə xidmət göstərilib
“Rehabus” layihəsi üzrə əlilliyi olan 2 min 100 nəfərə xidmət göstərilib