Cari ilin yanvar-oktyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən haqsız rəqabətə yolvermə ilə əlaqədar baxılması başa çatmış işlər üzrə 5 bazar subyektinə 189,7 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə müvafiq icrası məcburi göstəriş verilib.
Dövlət Xidmətindən bildirilib ki, qeyd edilən dövr ərzində 23 bazar subyekti tərəfindən digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yolvermə əlamətləri, 29 bazar subyekti tərəfindən isə bir sıra mal və ya xidmətlərin reklamı zamanı reklam qanunvericiliyinin tələblərinin pozulması halları könüllü aradan qaldırılıb.
Bu məlumat Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun Fəaliyyət Planının tələblərinə əsasən təqdim olunur.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri
Dövlət Xidməti 11 aylıq fəaliyyətinin nəticələrini açıqlayıb
2025-ci ilin ilk altı ayında icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat
Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB