azturkxeber.az
http://azturkxeber.az

Yardımlıda narkokuryer qohumlar saxlanılıblar

02-12-2024

 Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər.
Tədbirlərlə 31 yaşlı Asəddin Feyziyev və qohumu, əvvəllər məhkum olunmuş 32 yaşlı Tural Kazımov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə etdikləri ümumilikdə 10 kiloqram marixuana və metamfetamin aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin həmin narkotik vasitə və psixotrop maddəni maddi qazanc qarşılığında deyiləcək ünvana çatdırmağa razılaşdıqları müəyyən edilib. 

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031