Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əsas yekunları barədə məlumat verilib.
azturkxeber.az Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı öz müşaviri - Prezidentin beynəlxalq ekoloji əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymenovanı qəbul edib.
Tokayev dekabrın 3-də Ər-Riyadda keçiriləcək “One Water Summit” beynəlxalq tədbirinə hazırlıqla bağlı hesabatı da dinləyib. Sammitə Dünya Bankı və Səudiyyə Ərəbistanının dəstəyi ilə Qazaxıstan və Fransa sədrlik edəcək.
Prezident Qazaxıstanın ekologiyası, su ehtiyatları və biomüxtəlifliyin qorunması sahəsində təşəbbüslərinin keyfiyyətcə yenidən işlənməsini tapşırıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Prezident Tokayevə COP29-un əsas yekunları barədə məlumat verilib
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
AZAL-ın təyyarəsinin qəzaya uğramasından bir il ötür
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB