İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin əməkdaşlığı əsasında hazırlanaraq COP29-da (COP29 Azerbaijan) təqdim olunan “Yaşıl artım portalı” (https://growthlab.app/greenplexity) ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək.
azturkxeber.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, universitetin “Growth Lab” (Harvard's Growth Lab) Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausmanın rəhbərliyi ilə yaradılmış interaktiv alət yaşıl dəyər zənciri üzrə tədqiqat məlumatlarını əhatə edir: ““Yaşıl artım portalı” karbonsuzlaşmaya xidmət edən yeni sənaye sahələrinin, yeni bazarların və inkişaf istiqamətlərinin formalaşmasını stimullaşdıracaq. Karbonsuz iqtisadiyyat üçün təchizatçı olmaq yaşıl artıma və qlobal emissiyaların azalmasına töhfə verəcək”.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Yaşıl sivilizasiyanın COP29 anonsu
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
COP29-da İqlim Maliyyəsi, Sərmayə və Ticarət üzrə Bakı Təşəbbüsü Dialoquna start verilib
Yaşıl bizneslərin yaradılması üçün sahibkarların ehtiyacları müzakirə olunub