Bəzi çətinliklər, quraqlıq və su qıtlığı, ekstremal temperatur 3 Cənubi Qafqaz ölkəsində hər il orta hesabla 100 milyon dollardan çox itkiyə səbəb olur.
azturkxeber.az xəbər verir ki, bu sözləri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təşkil edilmiş “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Dünya Bankı yaşıl enerjiyə keçiddə Cənubi Qafqaz ölkələrinə təhlil və proqramlarla dəstək verir.
“Adaptasiya və keçidlə bağlı 75-85 faiz investisiyalar özəl sektor tərəfindən qarşılana bilər. Dövlətin resursu yoxdur və özəl sektorla tərəfdaşlıq qaçılmazdır. Dövlət şərait yaradılmalıdır ki, özəl sektor bu sahəyə daxil ola bilsin. Maliyyə resursu əldə etmək üçün maliyə mənbəyi alətlərini müəyyənləşdirmək və özəl sektorun qapısını açmaq lazımdır”.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
2025-ci ilin ilk altı ayında icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb