azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin Regional məsələlər komitəsində vətəndaşların növbəti qəbulu keçirilmişdir.

12-11-2024

 

07 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov tərəfindən Milli Məclisin Aparatında vətəndaşların qəbulu üzrə cədvələ əsasən növbəti qəbul keçirilmiş və vətəndaşların müraciətlərinə baxılmışdır.

Qəbulda müraciət edənlər müharibə veteranları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, gənclər və digər kateqoriyadan olan vətəndaşlar olmuşlar.

Qəbul zamanı vətəndaşların müraciətləri əsasən qəbul, yerli özünüidarəetmə və bələdiyyələr, sosial müdafiə məsələləri, işlə təmin olunma, maliyyə, torpaq və sair məişət məsələləri haqqında olmuşdur.

Müraciətlərin bir çoxunun icrası operativ qaydada təmin edilmiş, bir qismi baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, qanunvericiliyin tələblərinə uyğun olmayan müraciətlərlə bağlı isə izahat verilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930