azturkxeber.az
http://azturkxeber.az

Media: “America PAC” Trampın seçki kampaniyasına 200 milyon dollar xərcləyib

12-11-2024

Media: “America PAC” Trampın seçki kampaniyasına 200 milyon dollar xərcləyib

Amerikalı milyarder İlon Maskın siyasi komitəsi (America PAC) prezident seçkilərinin gedişində respublikaçı namizəd Donald Trampı dəstəkləmək üçün təxminən 200 milyon dollar xərcləyib.

azturkxeber.az “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bu, ABŞ-da “milyarderlərin seçkilərə necə təsir edə biləcəyinə dair yeni standart müəyyən edir”.

Agentliyin adının açıqlanmasını istəməyən həmsöhbəti qeyd edib ki, “America PAC” tərəfindən xərclənən vəsaitlərin böyük əksəriyyətini İlon Mask verib. Pullar əsasən nadir hallarda səs verən vətəndaşları və seçkilərdə ilk dəfə iştirak edən seçiciləri cəlb etməyə sərf olunub.

Xatırladaq ki, Donald Tramp prezidentlik yarışı zamanı İlon Maskın köməyini yüksək qiymətləndirib. Mediada yayılan məlumatlara görə, Mask ABŞ-ın yeni seçilmiş prezidentinin administrasiyasında əsas rollardan birini oynayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930