azturkxeber.az
http://azturkxeber.az

DTX əməkdaşları Haçadağa yürüş təşkil ediblər

08-11-2024

 

Zəfər günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən Haçadağa yürüş təşkil ediblər. Yürüş iştirakçıları qarşıya çıxan maneələri uğurla dəf edərək təyin olunmuş yerə vaxtında çatıb, Haçadağın zirvəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını dalğalandırıblar. Həmçinin yürüş iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin şəklinin əks olunduğu və  Dövlət Təhlükəsizliyi Xidmətinin adı və emblemi olan plakatları nümayiş etdiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930