azturkxeber.az
http://azturkxeber.az

Aprel döyüşləri – Zəfərimizin başlanğıcıdır

01-04-2025

 

Zəngin dövlətçilik tarixinə, bənzərsiz - unikal milli-mədəni irsə malik olan Azərbaycan xalqı müxtəlif dövrlərdə bir çox mürəkkəb hadisə və proseslərlə üzləşib. Xalqımız ən ağır sınaqlardan belə öz iradəsi və gücü əsasında şərəflə, ləyaqətlə və müvəffəqiyyətlə çıxmağı bacarıb, tarix yazaraq bəşəriyyətin tarixi yaddaşına əbədi həkk olunub. Bunlardan biri də hərb tariximizin qürurverici səhifəsi olan Aprel döyüşləridir.

9 il əvvəl - 2016-cı ildə işğalçı Ermənistanın təcavüzkar silahlı birləşmələrinin təxribatı nəticəsində baş vermiş hərbi qarşıdurma - Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin inamlı qələbəsi ilə nəticələndi. Baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad etdilər. Şanlı Aprel qələbəsi, həmçinin qüdrətli Azərbaycan Ordusunun qarşıya qoyulan istənilən vəzifəni - döyüş tapşırığını yerinə yetirməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.

Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə daha çox inamını möhkəmləndirdi. Aprel döyüşlərindən 4 il sonra - Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi və öz tarixi missiyasını uğurla yerinə yetirməsi 30 illik ədalətsizliyə və torpaqlarımızın hərbi-siyasi əsarətinə son qoydu. Beləliklə, qürurlu tarixə malik olan Azərbaycan Ordusu bu gün özünün ən şanlı mərhələsini yaşayır. Bu gün Azərbaycanın timsalında bir daha əmin oluruq ki, güclü ordu dövlətin müstəqilliyinin qarantıdır.
Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa və cansağlığı arzulayıram. 

Yaşasın Müzəffər Ali Baş Komandanımız, var olsun qalib Azərbaycan!


Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930