azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın Çağrı Mərkəzi bayram günlərində fəaliyyətini fasiləsiz davam etdirib

01-04-2025

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “916” Çağrı Mərkəzi bayram günlərində fəaliyyətini fasiləsiz davam etdirib.

Çağrı Mərkəzinə Ombudsmanın fəaliyyət istiqamətlərinə, habelə Milli Preventiv Mexanizm mandatına aid olan məsələlər, o cümlədən şəxsin saxlanılması barədə yaxınlarına məlumat verilməməsi, qanunsuz saxlama, pis rəftar ehtimalı, sovqat qəbulundan imtina ilə bağlı şikayətlər, habelə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan şəxslərin telefon danışığı hüququnun təminində köməklik göstərilməsi, Ombudsmanın nümayəndələri tərəfindən qəbul edilmələri barədə müraciətlər daxil olub. Həmin müraciətlər araşdırılıb, bir sıra hallarda yerində araşdırmalar aparılıb və müraciət müəlliflərinə cavablar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930