azturkxeber.az
http://azturkxeber.az

Səməd Seyidov görüş təklifimi rədd etdi" - Xandanyan

01-04-2025

 

"Azərbaycanlı həmkarım sülh müqaviləsi layihəsi ilə bağlı fikir mübadiləsi aparmaq üçün görüş təklifimi açıq şəkildə rədd edərək, məni populist adlandırıb". 

Azturkxeber.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan özünün X səhifəsində yazıb.

O, təklifinin hələ də qüvvədə qaldığını bildirib: "Mən regionumuzda sülh və sabitlik naminə yorulmadan çalışaraq parlamentlərarası səviyyədə etimad quruculuğu tədbirləri ilə məşğul olmağa hazıram".

Qeyd edək ki, bir neçə gün əvvəl Sarqis Xandanyan Milli Məclisin Xarici Əlaqələr Komitəsinin sədri Səməd Seyidova müraciət edərək Ermənistan və Azərbaycan parlamentlərinin xarici əlaqələr komitələrinin iclasının keçirilməsini təklif edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930