azturkxeber.az
http://azturkxeber.az

Türkiyə seqmentində yayılan səs yazısı ölkə gündəmində ciddi müzakirələrə səbəb oludu

01-04-2025

 

"X” sosial şəbəkəsinin Türkiyə seqmentində yayılan səs yazısı ölkə gündəmində ciddi müzakirələrə səbəb olub. 

Azturkxeber.az-ın məlumatına görə, platformanın “söhbət otağı” adlandırılan və istifadəçilərin gündəmi müzakirə etdiyi bir qrupda azərbaycanlıların yaşadığı kəndlə bağlı deyilənlər birmənalı qarşılanmayıb.

Kürdlərdən ibarət qrupda “Kurd” istifadəçi adı ilə qoşulan Erhan adlı şəxs Qars vilayətinin Diqor rayonunda azərbaycanlıları yaşadıqları kənddən çıxarmaq üçün bəzi yollara əl atdıqlarını söyləyib.

“Diqorda 40-a yaxın kənd vardı, birində azərbaycanlılar yaşayırdılar. Biz də dedik ki, bunların arasında azərbaycanlıların kəndi olmamalıdır. Onların su mənbəyinə təzək tökdük, çıxıb getdilər. Onları sürgün etdik, ərazilərini ödənişsiz şəkildə aldıq”, – həmin şəxs qeyd edib.

Onun sözlərinə görə, kənd Ermənistanla sərhəddə yerləşir.

Qeyd edək ki, Diqorda ümumilikdə 19 min 872 nəfərin yaşadığı, 7 min 473-nün bölgənin mərkəzində, qalanlarının isə kəndlərdə məskunlaşdığı bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930