Bakıda erməni əsilli müğənninin konsertini kimlər təşkil edir? – AÇIQLAMA
Anası erməni olan, 1981-ci il təvəllüdlü rusiyalı estrada müğənnisi Aleksey Çumakovun aprelin 20-də Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcəyi xəbəri sosial şəbəkələrdə tənqid edilib.
Azturkxeber.az Ulusal.az-a istinadən xəbər verir ki, konsert proqramını reklam edən “33 Events” şirkətinin rəhbəri Elxan Peysaxov Teleqraf-a açıqlamasında konsertin təşkilatçısının onun şirkətinə aid olmadığını deyib.
“Şirkət mənə məxsusdur. Amma Aleksey Çumakovun konsertinin təşkilatçılığı bizim şirkətə deyil, Moskva şirkətlərindən birinə aiddir” -, deyə E.Peysaxov deyib.
Bakı Konqres Mərkəzindən isə bildirilib ki, konsertin təşkilatçısının adının açıqlanmasına icazə verilmir.
Xatırladaq ki, Aleksey Çumakovun konsertinə biletin qiymətləri 49-599 manat aralağındadır.
Qeyd edək ki, Aleksey Çumakovun anası Liliya Avanesovna ermənidir, keçmiş Dağlıq Qarabağda doğulub. Atası ilə bolqardır. İfaçı özü Özbəkistanda anadan olsa da, hazırda Rusiya vətəndaşıdır.
Mənbə Ulusal.az