azturkxeber.az
http://azturkxeber.az

Bayram günlərində bölgələrə və əks istiqamətə 130 minə yaxın sərnişin daşınıb

01-04-2025

Bayram günlərində bölgələrə və əks istiqamətə 130 minə yaxın sərnişin daşınıb


Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar 19-31 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA)bildirilib ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə AYNA tərəfindən nəzarət olunub.

Gücləndirilmiş iş rejimi ərzində paytaxtdan bölgələrə və əks istiqamətə 7386 reys həyata keçirilib, 130 minə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir. Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə 300-dən çox reys həyata keçirilib.

Biletlər avtovağzalın kassalarından, eləcə də “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib.

Qeyd edək ki, 19-20 mart tarixlərində sərnişinlərin 48 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib. Digər günlərdə bu göstərici 25-30 faiz təşkil edib.

Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930