azturkxeber.az
http://azturkxeber.az

MN: Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə gizlətməyə çalışır

31-03-2025

MN: Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə gizlətməyə çalışır


Martın 31-də saat 11:10 radələrində Ermənistan silahlı qüvvələrinin Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqeləri atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyindənbildirilib ki, son günlər Azərbaycan Ordusunun bölmələrini mütəmadi olaraq atəşə tutan, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan tərəfi təxribatlarını ört-basdır etmək məqsədilə dezinformasiyalar yayır.

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsinin atəşə tutulması barədə Ermənistanın yaydığı məlumatın heç bir real əsası yoxdur, tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır.

Qarşı tərəf bu cür yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və təxribatlarını gizlətməyə cəhd edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930