azturkxeber.az
http://azturkxeber.az

Körpə uşaqlarda göz zəifliyinin səbəbi nələrdir?

01-04-2025

Körpə uşaqlarda göz zəifliyinin səbəbi nələrdir?


Körpə uşaqlarda göz zəifliyinin müxtəlif səbəbləri var.

Bu fikirləri həkim-oftalmoloq Nərmin Əbilova açıqlayıb.

Onun sözlərinə görə, anadangəlmə səbəblərə anadangəlmə katarakta, anadangəlmə qlaukoma, vaxtından əvvəl doğulmuşların retinopatiyası, mikroftalm və digərləri aiddir: “Bu xəstəliklər körpələrdə ciddi görmə zəifliklərinə səbəb olur. Körpələrdə rast gəlinən digər görmə zəifliklərinə miopiya, hipermetropiya, astiqmatizm aiddir. Miopiya (yaxındangörmə) gözün oxunun uzun olması və ya korneanın güclü işıq sındırması ilə əlaqədardır. Miopiya erkən yaşlarda hətta körpə 6 aylıq olandan müayinə olunub, korreksiya edilə bilər. Hipermetropiya gözün ön arxa oxunun qısa olması və ya buynuz qişanın zəif işıq sındırması ilə əlaqədardır”.

Oftalmoloq qeyd edib ki, uşaqlarda çəpgözlük və ambliopiya olarsa, hipermetropiya erkən korreksiya olunmalıdır: “Astiqmatizm buynuz qişanın sferikliyinin pozulması nəticəsində yaranan patologiyadır. Erkən müalicə ambliopiyanın qarşısını alır. Körpə uşaqlarda ən çox rast gələn göz problemlərindən biri də çəpgözlükdür. 6 ayından sonra uşaqda çəplik müşahidə olunarsa, ixtisaslı həkim tərəfindən müayinə olunmalıdır”.

N.Əbilova telefon, planşet və kompüter şüasının görmə zəifliyi yaratdığına diqqət çəkib: “Göz anatomik olaraq hərəkət üçün yaranıb və daim hər tərəfə hərəkət etməlidir. Uzun müddət kompüterə baxanda, gözün buynuz qişası quruyur və nəticədə bir sıra problemlər meydana çıxmağa başlayır. Gözü gün işığından keyfiyyətli, kompüterdən antiblik eynəklər taxmaqla qorumaq lazımdır ki, günəşdən və kompüter işığından gələn şüalar tor qişanı yandırmasın. 0-2 yas arası uşaqlarda telefon istifadəsi tövsiyə edilmir. 2-5 yaş arası uşaqlar isə gündə bir saatdan artıq istifadə etməməlidirlər. 6 yaş və yuxarı uşaqlarda isə gündə 2 saatdan çox telefon istifadəsi məsləhət görülmür. Hər 20 dəqiqədən bir 20 saniyə ərzində təxminən 6 metr məsafədə yerləşən obyektə baxmaq məsləhətdir. Telefon gözdən 30-40 santimetr, planşet və kompüter isə gözdən 50-70 santimetr məsafədə tutulmalıdır. Bu əsas qaydalara əməl olunarsa, uşaqlarda görmə zəifliyinin qarşısını almaq olar”.

Oftalmoloq bildirib ki, 1-2 saat ara vermədən kompüter qarşısında oturmaq məsləhət deyil: “Fasilələr edərək, gün ərzində ümumilikdə 2 saata kimi məşğul olmaq olar. Yəni, yarım saatdan bir fasilə vermək və bu zaman göz məşqi etmək lazımdır. Üsul isə çox sadədir, fasilə zamanı açıq havada, eyvanda uzaq məsafəyə gözü yumub-açaraq baxmaq lazımdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930