Polis oktyabrın 20-də 46 cinayətin açılmasını təmin edib
Oktyabrın 20-də polis əməkdaşları tərəfindən 46 cinayətin açılması təmin olunub. Onlardan 38-i cari, 8-i isə əvvəlki dövrlərdə törədilmiş cinayətlərdir.
Azturkxeber.az xəbər verir ki, həmin gün axtarışda olan 100 nəfər saxlanılıb. Onlardan 80-i borclu şəxs olub. Həmçinin cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb, itkin düşmüş şəxs qismində axtarılan 6 nəfər isə tapılıb.
Polis əməkdaşları tərəfindən 4 narkotik və 4 qanunsuz silah-sursat faktı aşkarlanıb. Bundan əlavə, dələduzluq cinayətinə görə axtarışda olan 3 nəfər saxlanılıb.
Əməliyyat tədbirləri zamanı 1 tapança, 3 qumbara, 5 alışdırıcı, 5 tüfəng və 10 ədəd patron aşkar edilərək götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
