Mərkəzi Bank rəsmiləri korporativ idarəetmə və risklərin idarə olunması məsələlərini müzakirə ediblər




Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev Bakıda keçirilən “Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens (GRC)” mövzusunda konfransın açılış mərasimində çıxış edib.
Azturkxeber.az xəbər verir ki, Toğrul Əliyev çıxışında ölkədə dayanıqlı biznes mühitinin formalaşdırılmasında korporativ idarəetmənin rolundan, risklərin səmərəli idarə olunmasının və komplayens sahəsinin inkişafının əhəmiyyətindən danışıb.
O, risklərin idarə edilməsinə yalnız təşkilatdaxili nəzarət funksiyası kimi deyil, həm də maliyyə sabitliyinin təmin olunmasının mühüm institusional əsaslarından biri kimi yanaşılmasının vacibliyini vurğulayıb.
Konfrans çərçivəsində Mərkəzi Bankın baş direktoru Fuad İsayev də çıxış edib. O, “Komplayens sahəsində qlobal və yerli çağırışların biznesin inkişafı və korporativ idarəetməyə təsiri” mövzusunda keçirilən panel müzakirəsində iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: