FHN Bakının Səbail rayonunda restoranda baş verən yanğınla bağlı məlumat yayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Azturkxeber.az-a FHN-nin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 200kv.m. olan restoranın mətbəxində sobada yağ qalıqları yanıb.
Restoran və yaşayış binası yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: