"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatının rəqəmsallaşdırılması istiqamətində həyata keçirdiyi “Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət qəbulu 21 oktyabr tarixində başa çatır. Layihədə iştirak etmək istəyən şəxslər bu günün sonunadək müraciət edə bilərlər.
Layihənin məqsədi “Elektron kənd təsərrüfatı” informasiya sistemində (EKTİS) bəyan prosesində fermerlərə və vətəndaşlara könüllülər vasitəsilə rəqəmsal dəstək göstərməkdir. Əgər rəqəmsal bacarıqlarını öz bölgənizin fermerlərinin xidmətinə vermək istəyirsənsə, bu çağırış sənin üçündür!
Hansı rayonlarda?
Aşağıdakı rayon və ərazilərin hər birində fəaliyyət göstərəcək könüllülərə ehtiyac var: Şəki, Zərdab, Quba, Neftçala, Qusar, Qazax, Goranboy, Masallı, Göyçay, Zaqatala, Şamaxı, Bərdə, Cəlilabad, Şəmkir, Saatlı, Ucar, Ağsu, Qəbələ, İsmayıllı, Ağstafa, Oğuz, Beyləqan, İmişli, Yevlax, Sabirabad, Ağcabədi, Biləsuvar, Ağdaş, Xaçmaz, Qobustan, Naxçıvan Muxtar Respublikası, Kürdəmir, Tovuz, Qax və Salyan.
Kimlər müraciət edə bilər?
Şəxsi notebook və ya planşeti olanlar — bu, mütləq tələbdir;
Kompüterdən, internetdən və onlayn platformalardan sərbəst istifadə edə bilənlər;
Ünsiyyətcil, səbirli və insanlara kömək etməyi sevənlər;
Məsuliyyətli, dəqiq və şəxsi məlumatların məxfiliyinə hörmət edənlər;
Siyahıdakı rayonlardan birində fəaliyyət göstərmək imkanı olanlar.
Təlimlər
Seçilmiş namizədlər üçün təlimlərin 22–30 oktyabr 2026-cı il tarixlərində onlayn qaydada keçirilməsi planlaşdırılır. Təlimlərdə EKTİS platforması, bəyan prosesinin mərhələləri, fermerlərlə ünsiyyət və məlumatların məxfiliyi öyrədiləcək. Təlimlərin qrafiki, formatı və məkanı barədə məlumat seçilmiş namizədlərə ayrıca çatdırılacaq.
Nə qazanacaqsan?
EKTİS və rəqəmsal kənd təsərrüfatı xidmətləri üzrə praktiki bilik;
Dövlət layihəsində ictimai faydalı könüllülük təcrübəsi;
Öz bölgəndə fermerlərə real töhfə vermək imkanı;
Sertifikat;
Gələcəkdə Nazirliyin rəqəmsal layihələrində töhfə vermək imkanı.
Necə müraciət etməli?
Müraciət linki: https://forms.gle/ToUEBd9eXDbogiLy8
Müraciət üçün son tarix: 21 oktyabr 2026-cı il saat 18:00-dək
Uyğun namizədləri müraciət etməyə dəvət edirik!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: