Bakıda yaşayış binasında yanğın baş verib

Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayış binasında yanğın baş verib.
Azturkxeber.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə qəsəbənin Mustafa Sübhi küçəsində yanğın olması barədə məlumat daxil olub. Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 60 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxində 9 kvadratmetr sahədə yanar konstruksiyalar yanıb. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə ediliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: