azturkxeber.az
http://azturkxeber.az

Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

20-10-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonuna köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.

Azturkxeber.az xəbər verir ki, həmin sakinlərdən artıq 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan:

750 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 48 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub),

50-dən çox şəxs isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğunun təminatı üçün işlər aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031