azturkxeber.az
http://azturkxeber.az

Qırmızı xətt yenidən gücləndirilmiş qrafikdə çalışacaq

20-10-2026

UEFA Çempionlar Liqasında təmsilçimiz “Sabah” FK-nın növbəti matçı ilə əlaqədar oktyabrın 20-də Bakı metropolitenində xüsusi iş rejimi tətbiq olunacaq.

Azturkxeber.az xəbər verir ki, “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna azarkeşlərin daha rahat gediş-gəlişini təmin etmək məqsədilə Qırmızı xətt gücləndirilmiş qrafikdə çalışacaq. Stansiyaya əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunacaq, nəzarət mexanizmləri gücləndiriləcək. Qarşılaşma başa çatdıqdan sonra azarkeşlərin mənzilbaşına rahat çatması üçün zərurət olarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Yaşıl və Bənövşəyi xətlərdə qatarların hərəkət qrafikində dəyişiklik edilməyəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031