Nizami rayon prokuroru vəzifəsindən azad edildi

Baş Prokuror əmrlər imzalayıb
Bu barədə Azturkxeber.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.
Digər əmrlə Bakı şəhəri Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsinə təyin edilib.
Bundan başqa, Baş prokurorun müvafiq əmrinə əsasən Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: