Milli Məclisin sədri Sahibə Qafarova: TÜRKPA türk xalqlarını ortaq tarix, dil və milli-mənəvi dəyərlər ətrafında birləşdirir

“TürkPA-nın ən böyük xüsusiyyəti ondan ibarətdir ki, bu təşkilat ortaq mədəniyyətə, tarixə, dilə, milli-mənəvi dəyərlərə malik xalqların təmsilçilərini bir çətir altında birləşdirir”. Bu fikri Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstanın Bişkek şəhərində TÜRKPA-nın 15-ci plenar iclasında çıxışı zamanı deyib.
Spiker bildirib ki, Türk Dövlətləri Təşkilatının hazırkı sədri, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev təşkilata üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarını ötən ay Bakıda qəbul edərkən ölkələrimizin qarşılaşdığı təhdidlər haqda fikirlərini paylaşmış və təşkilatı gənclər siyasəti sahəsində fəal işləməyə dəvət etmişdir. Prezident İlham Əliyev ölkələrimizdəki gənc nəslin vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunmasının zəruriliyini xüsusi qeyd etmişdir.
Bu mənada, hesab edirəm ki, TÜRKPA, o cümlədən gənc parlamentarilərimiz də bu istiqamətdə səylərini, digər türk əməkdaşlıq təşkilatları ilə əlaqələndirməni gücləndirməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: