azturkxeber.az
http://azturkxeber.az

Maliyyə Nazirliyində YAP-ın VIII Qurultayının nəticələri müzakirə edilib

20-10-2026

Oktyabrın 20-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı üzrə ərazi ilk partiya təşkilatının müşavirəsi keçirilib.

Azturkxeber.az xəbər verir ki, nazirliyin inzibati binasında təşkil olunan tədbir Azərbaycan Respublikasının Prezidenti və partiyanın sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli çıxışından irəli gələn tapşırıqların müzakirəsinə həsr edilib.

Müşavirə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Toplantıda çıxış edən maliyyə nazirinin müavini, YAP Nəsimi rayon ərazi ilk partiya təşkilatının sədri Natiq Həsənov bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların müdafiəsi və ölkənin davamlı inkişafı naminə ardıcıl fəaliyyət göstərir. Nazir müavini YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışında səsləndirilən əsas fikirlərə və qarşıya qoyulan vəzifələrə toxunub. O, qurultayda müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətin təşkilinin, ilk ərazi partiya təşkilatlarının işinin səmərəliliyinin artırılmasının və partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakının əhəmiyyətini vurğulayıb.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov isə çıxışında dövlət başçısının qurultayda müəyyənləşdirdiyi strateji hədəflər, Azərbaycanın müasir inkişaf modeli, ölkəmizin siyasi və iqtisadi qüdrətinin artırılması, milli maraqların qorunması, eləcə də beynəlxalq müstəvidə mövqelərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. O bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir və milli maraqlarını etibarlı şəkildə təmin edir.

Daha sonra çıxış edən digər partiya üzvləri Yeni Azərbaycan Partiyasının yarandığı gündən etibarən keçdiyi şərəfli inkişaf yolundan bəhs edib, ölkəmizin ictimai-siyasi həyatında oynadığı aparıcı rolu və cəmiyyətdə qazandığı yüksək etimadı xüsusi vurğulayıblar.

Müzakirələrdə Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki mövqeyinin daha da gücləndirilməsi, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunması, gənclərlə işin genişləndirilməsi və təşkilatdaxili əməkdaşlığın inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031