azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə növbəti praktiki seminar keçirilib

20-10-2026

Seminar ACF prezidentinin müşaviri, Hakimlər Komitəsinin sədri Natiq Bağırov, ACF-in hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimli və Hakimlər Komitəsinin üzvü Abbas Şahverdiyevin rəhbərliyi ilə təşkil olunub.

Azturkxeber.az xəbər verir ki, seminarın əsas məqsədi Bakıda keçirilmiş cüdo üzrə dünya çempionatında hakimlik təcrübəsi əsasında əldə olunan yeni biliklərin, qaydalara edilən düzəlişlərin və aktual yanaşmaların yerli hakimlərə çatdırılması olub.

Seminar zamanı dünya çempionatında qeydə alınan müxtəlif hakimlik epizodları təhlil edilib, qaydaların tətbiqi ilə bağlı yeniliklər və praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031