azturkxeber.az
http://azturkxeber.az

Atçılığın konkur növü üzrə Azərbaycan birinciliyi keçirilib

20-10-2026

12-16 yaşlı idmançılar hündürlüyü 70-80 sm olan maneələri dəf etməkdə yarışıblar.

Azturkxeber.az xəbər verir ki, birinciliyin reqlamentinə əsasən qələbə uğrunda mübarizədə qalmaq üçün idmançılar ilk fazada vaxt nəzərə alınmadan 6 maneəni səhvsiz dəf etməli idilər. Sonrakı maneələr isə həm dəqiqliyə, həm də zamana hesablanırdı. Cavid Qurbanəliyev “Burla” atı ilə 24,54 saniyə nəticə göstərərək birinciliyin qalibi olub. Melissa Gedik 27,95 saniyə nəticə ilə 2-ci, Nərgiz Abbaszadə 28,53 saniyə ilə 3-cü olub. Hər 2 idmançı uğuru “Saqamo” ləqəbli atla qazanıb. Bu idmançılar finiş xəttini cərimə balı olmadan keçiblər. İlk beşliyi “Ayla” atlı Mədinə Məmmədova və “Patent” atlı Arzu Qəmbərova qapayıb.

17-21 yaşlılar hündürlüyü 90-100 sm olan maneələri dəf etməkdə yarışıblar. Bu mübarizədə yalnız 3 nəfər ilkin fazanı cəriməsiz keçib. Onlardan da yalnız Samirə Baxşiyeva “Savalan MNM” atı ilə mütləq dəqiqlik göstərərək birinciliyin qalibi olub. Bu kateqoriyada Əhəd Məmmədovun “Nabat”ı 2-ci, Valeriya Roşenkonun “Fine Chocolate” atı 3-cü nəticəni göstərib.

Qaliblərə kubok, medallar, həmçinin Azərbaycan Respublikası Atçılıq Federasiyasının və Gənclər və İdman Nazirliyinin diplomları təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031