Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar Bakı–Qəbələ–Bakı reysləri təşkil olunacaq

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl dörd qeyri-iş günündə sərnişin tələbatını qarşılamaq məqsədilə 7, 8, 9 və 10 noyabr tarixlərində Bakı–Qəbələ–Bakı marşrutu üzrə həm gediş, həm də dönüş reysləri təşkil olunacaq.
Bu barədə Azturkxeber.az-a ADY-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək mümkündür.
ADY sərnişinlərə xoş səfərlər arzulayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: