“Azərpoçt” və Ümumdünya Poçt İttifaqı əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib


AZCON Holding şirkətlərindən “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Manaf Babayev Ümumdünya Poçt İttifaqının (ÜPİ) Beynəlxalq Bürosunun baş direktoru Masahiko Metoki ilə görüşüb.
Azturkxeber.az xəbər verir ki, görüşdə “Azərpoçt”un strateji inkişaf prioritetləri, poçt sektorunda baş verən dəyişikliklər və beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Sədr Manaf Babayev milli poçt operatorunun müasir çağırışlara uyğun inkişaf istiqamətləri, xidmətlərin təkmilləşdirilməsi və fəaliyyətin səmərəliliyinin artırılması ilə bağlı əsas hədəflərini diqqətə çatdırıb.
Tərəflər poçt sektorunun transformasiyası, rəqəmsallaşma, dəyişən müştəri tələbləri və beynəlxalq təcrübənin tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin “Azərpoçt” və ÜPİ arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və birgə fəaliyyət perspektivləri nəzərdən keçirilib.
Görüşdə beynəlxalq poçt əməkdaşlığının gücləndirilməsinin və qlobal sektoral təşəbbüslərdə fəal iştirakın əhəmiyyəti vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: