azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın qış turizmi potensialı Londonda təqdim olunub

19-10-2026

Azərbaycanın qış turizmi imkanları 17-18 oktyabr tarixlərində "London Snow Show 2026" sərgisində təqdim olunub.

Azturkxeber.az xəbər verir ki, sərgi çərçivəsində Azərbaycan Turizm Bürosunun (ATB) Baş icraçı direktoru Florian Zenqstşmid "Euronews"un “Grand Voyager” səyahət proqramının aparıcısı Lilli Dausun moderatorluğu ilə keçirilən “The Future of the Ski Holiday” (“Xizək turizminin gələcəyi”) adlı panel müzakirəsində iştirak edib.

Müzakirədə, həmçinin Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) idman və tədbirlər üzrə direktoru Sandra Spitz və "Mountain Trade Network"un təsisçisi, "Snow Show" sərgisinin tədbir direktoru Ceyms Qambrill iştirak ediblər. Paneldə yeni dağ-xizək istiqamətləri, səyahətçilərin dəyişən gözləntiləri və qış turizminin gələcək inkişaf tendensiyaları müzakirə olunub. Florian Zenqstşmid Azərbaycanın dağ turizmi sahəsindəki inkişafı və ölkənin mövcud imkanları barədə məlumat verib.

Sərgidə “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi xizək, snoubord və digər açıq hava fəaliyyətləri üzrə imkanlarını təqdim ediblər.

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov da ölkə stendini ziyarət edib.

Bu il 50-ci dəfə təşkil olunan "London Snow Show" qış idman növləri və turizm istiqamətlərini bir araya gətirən beynəlxalq tədbirdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031