azturkxeber.az
http://azturkxeber.az

2023–2025-ci illərdə azad edilmiş ərazilərdə qazlaşdırma işləri genişləndirilib

19-10-2026

2023–2025-ci illərdə azad edilmiş ərazilərdə “Azəriqaz” İB tərəfindən qazlaşdırma istiqamətində görülən işlər

Azturkxeber.az xəbər verir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində azad olunmuş ərazilərin qazlaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. “Azəriqaz” İB tərəfindən 2023-cü ildə Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdərə və Ağdam rayonlarında 22 yaşayış məntəqəsinin qaz təminatı məqsədilə ümumilikdə 101,43 km, 2024-cü ildə isə Laçın, Cəbrayıl, Kəlbəcər və Ağdərə rayonlarında 4 yaşayış məntəqəsi üzrə 56,16 km daşıyıcı və paylayıcı qaz kəməri çəkilib. Həmçinin Xankəndi şəhərində 53,5 km paylayıcı qaz kəməri işçi vəziyyətə gətirilib və yaşayış binaları, sosial və təhsil obyektlərinin qazanxanalarının təbii qazla təminatı həyata keçirilib. 2025-ci ilin köç qrafikinə uyğun olaraq Birlik tərəfindən Şuşa, Ağdərə, Xocavənd və Xocalı rayonlarında 26 yaşayış məntəqəsinin qazlaşdırılması üçün 165,67 km yeni qaz kəməri çəkilib, 64,2 km xətt isə bərpa olunub. Bundan əlavə, Laçın və Zəngilan rayonlarında, Xankəndi şəhərində müxtəlif təyinatlı obyektlərin qaz təminatı üçün 20,42 km uzunluğunda daşıyıcı qaz kəməri çəkilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə 10 şəhər, 34 kənd və 2 qəsəbə təbii qazla təmin olunur. Qazlaşdırma layihələrinin icrası Böyük Qayıdış prosesinin mühüm infrastruktur istiqamətlərindən biri kimi davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031