Sumqayıtda tikilinin damında xəsarət alan şəxs xilas edilib



Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində tikilinin damında təmir işləri apararkən xəsarət alan şəxs xilas edilib.
Azturkxeber.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə vətəndaşın tikilinin damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumat əsasında FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunublar.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 1985-ci il təvəllüdlü Məmmədov Məhəbbət İldırım oğlunun təmir işləri apararkən müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və damda köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər zərərçəkənə ilkin yardım göstərdikdən sonra xüsusi xilasetmə vasitələrinin köməyi ilə onu aşağı endirərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: