azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib

18-10-2026

Oktyabrın 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Qırğız Respublikasına səfərə gəlib.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Bişkek şəhərinin Manas beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı və nümayəndə heyətini Qırğızıstan Joqorku Keneşinin (parlament) sədr müavini Jıldız Taalaybek qızı, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, TÜRKPA-nın Baş katibi Ramil Həsən və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri bir sıra görüşlər keçirəcək, TÜRKPA-nın 15-ci plenar iclasında iştirak edəcəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031