Kürdəmir sahəsində qatar yolunun kənarında kişi meyiti aşkarlanıb

Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb.
Azturkxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı dərhal aidiyyəti üzrə məlumat verilib.
Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: