Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində anbarda yanğın baş verib




Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə ərazidə yerləşən obyektlərdən birində yanğın baş verməsi barədə məlumat daxil olub.
Azturkxeber.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində ümumi sahəsi 100 kvadratmetr olan anbarda baş vermiş yanğın qısa müddətdə söndürülüb. Alovun bitişik digər anbarlara yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində anbarın yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb. Anbarın qalan hissəsi və digər anbarlar yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: