Türkiyə–Azərbaycan Biznes Şurasının İcraiyyə Komitəsinin nümayəndələri ilə görüş keçirilib

AZPROMO və DEİK-in Türkiyə–Azərbaycan Biznes Şurasının İcraiyyə Komitəsinin nümayəndə heyəti ilə keçirilən görüşdə Azərbaycan və Türkiyə arasında işgüzar əlaqələrin inkişafı, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının təşviqi məsələləri müzakirə olunub.
Azturkxeber.az xəbər verir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə–Azərbaycan Biznes Şurasının İcraiyyə Komitəsinin nümayəndə heyəti arasında görüş keçirilib.
Görüş zamanı Türkiyə-Azərbaycan Biznes Şurasının fəaliyyətinin daha sistemli əsaslarla qurulması, yeni əməkdaşlıq formatının yaradılması və Biznes Şurasının 35 illiyi ilə bağlı tədbirin keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa, Azərbaycan–Türkiyə Hökumətlərarası Birgə İqtisadi Komissiyasının Fəaliyyət Planı üzrə görüləcək işlər, Naxçıvanla ticarət əlaqələrinin gücləndirilməsi, Türkiyədə Azərbaycanın investisiya imkanlarının təşviqi məqsədilə “road-show”ların təşkili və birgə biznes tədbirlərinin keçirilməsi imkanları müzakirə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: